Oxu24.com oxuculara hüquqi yardımı davam etdirir.
Sual:Bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün hansı hüquqmüəyyənedici sənəd təqdim edilməlidir?
Cavab:Bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci bəndinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR