Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78484
az

Fernandu Santuş Ronaldunu niyə ehtiyatda saxladığını AÇIQLADI

00:3411 Dekabr, 2022
322
İDMAN
  • A

"Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm".
 

Oxu24.com  Report-a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun İsveçrəni 6:1 hesabı ilə darmadağın etdikləri 1/8 final matçında da ehtiyatda qaldığını xatırladıb: "Həmin qarşılaşmada komanda çox yaxşı çıxış etdi. Ronaldu əla futbolçudur. Bugünkü görüşdə həqiqətən lazım olduğunu anlayanda onu meydana buraxdıq. Dediyim kimi, qərarıma görə təəssüflənmirəm".

Qeyd edək ki, Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş millisi tarixində ilk dəfə yarımfinala yüksəlib. Afrika təmsilçisi finala gedən yolda İngiltərə - Fransa cütünün qalibi ilə üz-üzə gələcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Çelsi" futbolçusunuicarəyə verdi
Azərbaycan cüdoçusu qələbə qazandı
Azərbaycan çempionatında mövsüm başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı