Həkimə gələn 13 yaşlı qızın hamilə olduğu üzə çıxıb.
Oxu24.com Haberler.com saytına istinadən xəbər verir ki, Diyarbəkirdə qarın ağrısı şikayəti ilə xəstəxanaya gələn 13 yaşlı qızın hamilə olduğu ortaya çıxıb. 37 həftəlik hamilə olduğu təsbit edilən Suriya əsilli qız bir il əvvəl ailəsi tərəfindən imam nikahı ilə ərə verilib.
Bu ifadədən sonra qızın atası Əhməd Harba və anası Emne El Daas polis nəzarətinə götürülüb.
Azyaşlı qızla imam nikahı edərək evlənən 24 yaşlı Məhəmməd Temir də saxlanılıb.
İttiham aktında zərərçəkmiş uşaqla evləndiyi şəxs arasında cinsi əlaqənin 15 yaşında olduğu, valideynlərinin də bu vəziyyətə razılıq verərək bu cinayətə kömək etdiyi bildirilib.
Qeyd olunub ki, hər üç müttəhim uşağa qarşı cinsi zorakılıq cinayətini yekdil fikir və hərəkətlə törədiblər. Təqsirləndirilən şəxslər Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaqlar.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR