Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7841
az

Bakıda insanları zəhərləyən obyekt aşkar edildi - FOTOLAR

15:5211 Dekabr, 2018
825
  • A
 Daxili İşlər Nazirliyi (din) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-nin mətbuat xidmətindən verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən balıq, müxtəlif növ quş, eləcə də digər ət məhsullarını antisanitar şəraitdə hisə verərək bişirməkdə və satmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Səmədov saxlanılıb. Onun idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı hisə verillən 8 ədəd kütüm, 8 ədəd çəki balıqları, 4 ədəd dovşan, 4 ədəd toyuq və 4 ədəd ev ördəyi aşkar olunub.


Araşdırma zamanı V.Səmədovun qeyd edilən məhsulları Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan, paytaxt sakini Rövşən Zaidlinin həyətində fəaliyyət göstərən qanunsuz obyektdə onunla birgə hazırlandığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq idarə əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Oradan qeyd edilən məhsulları hazırlamaq üçün istifadə olunan kustar üsulla hazırlanan soba, gigiyenik normalara cavab verilmədən bişirilən hisə verilmiş hazır məhsullar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.


Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Yanma prosesi zamanı yaranan kimyəvi üstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.



Aşkar edilən məhsullardan götürülən nümunələr ekspertizaya göndərilib. Ekspertiza nəticəsində müəyyən edilib ki, qeyd edilən məhsullar istifadəyə yararsızdır, eləcə də insan orqanizmində ağır qida toksiki infeksiyası qrupuna aid olan botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.


Daxili işlər Nazirliyi hisə verilmiş məhsulları antisanitar şəraitdə müvafiq dövlət qurumlarından icazə almadan hazırlayan və satışını həyata keçirən şəxslərdən bu qanunusuz fəaliyyətlərinə son qoymağı tələb edir. Paytaxt, eləcə də regionlarda bu tipli qanunsuz sexlərin aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən mütamadi olaraq qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu