Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78274
az

İnternetin qiymətilə manipulyasiya edilir? - VİDEO

19:2008 Dekabr, 2022
99
CƏMİYYƏT
  • A

Ölkəmizdə internet xidməti göstərən "Aztelekom" və "Baktelekom"un qiymətlərlə manipulyasiya etdiyi iddia olunur.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özəl provayderlərin şikayəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus hər iki Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı araşdırmalara başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elvin Dəmirli bildirib ki, təmsil etdiyi qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir. Araşdırmalar nəticəsində "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədlə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

İnformasiya texnlologiyaları üzə mütəxəssis Fərhad Mirəliyev isə deyib ki, hər iki müəssisə bütün ölkə üzrə böyük şəbəkə infrastrukturuna malikdir. Özəl provayderlər onların vasitəsilə əhaliyə müəyyən xidmətlər göstərirlər.

Mövzuya münasibət öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də müraciət etdik, amma açıqlama verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəxanaya yeni direktor təyin edildi
Zərdabda minik avtomobili yandı
Olimpiya mükafatçısı İlham Əliyevdən üzr istədi


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı