Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78120
az

Sərnişinlərlə dolu avtobus yandı - VİDEO

19:4306 Dekabr, 2022
135
DÜNYA
  • A

Rusiyada, Tümendə Maksim Qorki və Oktyabrın 50 illiyi küçələrinin kəsişməsində sərnişinlərlə dolu avtobus hərəkətdə olarkən yanıb.

OXU24.COM bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi xəbər verib.

"Bizim şəhər Tümen" Telegram kanalında yayımlanan videonu hadisə şahidləri çəkib. Videoda yolun kənarında dayanmış yanan avtobusdan qara tüstünün necə çıxdığı əks olunub.

"Əvvəlcə tüstü göründü, sonra sürücü hamıdan təcili çıxmağı xahiş etməyə başladı. Sürücü ən axırıncı çıxdı, o, pəncərədən tullanmalı oldu", - deyə hadisə şahidi bildirib.

Sürücü qeyd edib ki, avtobus işıqforun yanından keçəndə benzin iyi hiss edib. Bundan sonra o, dayanıb və avtobus yanmağa başlayıb. Kişinin sözlərinə görə, o, sərnişinləri çıxardaraq, yanğını söndürməyə cəhd göstərib. Yanğın başlayandan az sonra avtobusun qapıları bağlanıb və sürücü oradan çıxmaq üçün şüşəni sındırmalı olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər tez bir zamanda yanğını söndürüb, bütün sərnişinlər təxliyyə oluna bilib. Ekspertlər yanğının səbəblərini araşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
ABŞ-də ticarət mərkəzində atışma: 4 nəfər öldü
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı