Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
"OXU24.COM "un məlumatına görə, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını 1/4 finala yazdırıb.
Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Braziliya - Cənubi Koreya cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala yüksəliblər.
Oxu24.com
ŞƏRHLƏR