Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78007
az

Miokard infarktı əlamətləri ilə digər xəstəliklər

17:3404 Dekabr, 2022
539
MARAQLI
  • A

Miokard infarktı xəstəliyinin dəqiq diaqnozunu EKQ və exokardioqrammanın nəticələri təsdiq edir. Amma bəzi xəstəliklər vardır ki, onların əlamətləri infarktın əlamətlərinə çox bənzəyir. Hətta kardioqrammanın nəticələrinə baxana qədər bu xəstəliyi infarktla qarışdırmaq olar. Həmin xəstəliklər aşağıdakılardır:
İdiopatik hipertrofik kardiomiopatiya.
Bu xəstəliyin bütün əlamətləri miokard infarktının əlamətlərinə bənzəyir. Xəstəlikləri bir-birindən ayırmaq üçün EKQ-nin nəticəsi və xəstənin cavan olmasıdır.
Sol tərəfli döş radikuliti və kəskin miozit.
Bu xəstəliklər qəflətən meydana çıxan ağrı, bədənin soyuması ilə infarkta çox bənzəyirlər. Sadəcə olaraq onları infarkdan ayıran ağrının hərəkətlə bağlı olması, tənəffüs zamanı,öskürdükdə və asqırdıqda ağrının şiddətinin daha da artmasıdır. Qabırğa arası sinir boyunca ağrının olması da xəstəliyin ürəklə bağlı olmadığından xəbər verir.
Kəmərləyici dəmrov.
Bu xəstəlik də sol tərəfli baş verdikdə ağrının eyni yerdə lokalizasiyalaşmasına görə infarktla tez-tez səhv salınır. Yalnız EKQ-nin müayinəsi diaqnozu dəqiqləşdirir.
Sol tərəfli quru plevrit və ya sol tərəfli pnevmoniya.
Hər iki xəstəliyin əlamətləri miokard infarktınınkına bənzəyir. Əgər kəskin meydana çıxan ağrı çox güclüdürsə və xəstədə respirator infeksiya simptomları nəzərə çarpmırsa, bədən tempraturunun tez və çox yüksək artması, ağrının öskürəklə bağlı olması, tənəffüsdə xarakterik dəyişikliklər xəstəliyin infarkt olmadığının göstəricisidir. Reüntgenoloji müayinə və laborator analizlərin nəticələri də xəstəliyin ağciyərlə bağlı olduğunu təsdiqləyər.
Spontan pnevmatoraks.
Xəstəlik kəskin ağrı, taxikardiya, arterial təzyiqin enməsi, təngnəfəsliklə miokard infarktının əlamətlərinə bənzəyir. Anamnezə qulaq asdıqda infarkt əlamətlərinə çox oxşadığına görə diaqnozu dəqiqləşdirmək üçün mütləq EKQ-nin nəticəsinə baxmaq lazım gəlir.
Qida borusunun diafraqmal yırtığı.
Xəstəlik döş sümüyünün arxasında və döş qəfəsinin sol hissəsində baş verən güclü ağrılarla, taxikardiya əlamətləri ilə infarkta çox bənzəyir. Diafraqmal yırtıq zamanı arterial təzyiqin də oynamaşı çaşdırıcı əlamət olur. Diaqnozu təsdiqləmək üçün EKQ-nin nəticələri əsas götürülür.
Kəskin qida toksikoinfeksiyası.
Bu zaman meydana çıxan əlamətlər miokard infarktının qatralicus variantının əlamətlərinə çox bənzəyir.  Xüsusilə də yaşlı adamlarda miokard infarktının bu formasına rastlananda, xəstələrdə təzyiqin enməsi, sol qabırğaaltı ürək nahiyədə lokallaşan ağrı çaşdırıcı simptomlar sayıla bilir. Bunun üçün yaşlı şəxslərdə qida toksikoinfeksiyası əlamətlərinə rast gəldikdə ilk növbədə EKQ çəkdirmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi