Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77997
az

Təxribatların əsl səbəbi: KTMT-ni əraziyə cəlb etmək üçün...

21:4803 Dekabr, 2022
185
KRİMİNAL
  • A

Son zamanlar Ermənistan tərəfindən həm şərti sərhəd xəttində, həm də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlar intensiv xarakter almağa başlayıb. Bu təxribatlar, görünür, ermənilərlə rusların birgə planı əsasında həyata keçirilir. Məqsədləri ərazidə ciddi insidentin baş verməsinə nail olmaqdır. Bu cür insidentdən sonra bunun Qərb və ATƏT müşahidə missiyası tərəfindən qeydə alınmasına hesablanmış bir cəhddir.

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O hesab edir ki, bu təxribatların digər bir məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əraziyə gətirilməsinə nail olmaqdır: "Ona görə də, burada başqa bir səbəb axtarmağa ehtiyac yoxdur. Artıq bir neçə gündür ki, Azərbaycanın Müdafiə Nazirliyi çox böyük təmkin və səbrlə Rusiya tərəfinə bildirir ki, "siz ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalısız". Çünki burada olan yaşayış məntəqələrinin əsl adları Rusiya tərəfinə təqdim edilib. Amma bütün bunların fonunda onlar hələ də öz bildiklərini edir. Hələ üstəlik də bir çox məsələlərdə heç bir əsas olmadan Azərbaycanı günahlandırırlar".

Hərbi ekspertin fikrincə, Ermənistan tərəfindən təxribatların xarakteri geniş və ciddi qarşıdurma fonunda sülh prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salınmasına nail olmaqdır: "Bununla da ərazidə sülhməramlıların qalma müddətinin uzadılması təmin edilməsini istəyirlər. Elə bir görüntü yaratmağa çalışırlar ki, sülhməramlılar olmasa, burada böyük qarşıdurma olar. Məhz belə bir absurd mənzərə formalaşdırmağa can atırlar".

Üzeyir Cəfərov Türkiyə-Rusiya Monitorinq Mərkəzinin indiki vəziyyətdə sabitliyə necə təsir etmək imkanlarına da aydınlıq gətirib: "Çox təəsüflər olsun ki, bu qədər vəsait həmin Mərkəzin saxlanılmasına sərf edilir. Bu qədər generalların, polkovnikin, əsgərlərin orada qalmasına ehtiyac yox idi. Əslində onlar heç bir iş görmürlər. Sadəcə olaraq Dövlət Statistika komitəsi kimi bu Monitorinq Mərkəzi də orada hesabat aparır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb