Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77872
az

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

12:4702 Dekabr, 2022
82
KRİMİNAL
  • A

Daşkəsəndə gəlinini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Oxu24.com-a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, 22.08.2022-ci il tarixdə Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürüb.

Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə məktəbli bıçaqlanıb
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi