DÇ-2022-nin F qrupunun son oyununda Kanada - Mərakeş oyunu baş tutub.
Oxu24.com xəbər verir ki, matçın şərhçisi Alper Bakırcıgil 4-cü dəqiqədə Mərakeşin qol vurmasından sonra dünya çempionatlarında ən erkən qolun Hakan Şükürə məxsus olduğunu xatırladıb. Diktor Bakırcıgil bu sözlərinə görə fasilədə efirdən uzaqlaşdırılıb.
Sözügedən anın videosunu təqdim edirik:
Qeyd edək ki,Hakan Şükür hakim partiyaya qarşı müxalif fikirləri ilə seçilib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR