Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77769
az

İran Azərbaycana maşında görün nə göndərdi: Üzərində erməni yazısı var+FOTO

12:2301 Dekabr, 2022
575
KRİMİNAL
  • A

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

Oxu24.com  bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib.

İndiyə qədər ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1 050 ədəd boş karton qutu olub.

Bu mallarn İranda fəaliyyət göstərən şirkətin Azərbaycandaa fiziki şəxsin ünvanına göndərdiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib? Faktla bağlı Komitə və Dövlət Təhlükəsizlik Xidməti birgə araşdırma aparır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ustalar hündürlükdən yıxıldı - Ölən var

Azərbaycanda müəllim intihar etdi -FOTO
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var