Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77761
az

Bu il qanunsuz ağac kəsmə faktı üzrə 173 cinayət işi başlanılıb

10:5701 Dekabr, 2022
75
KRİMİNAL
  • A
2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 173, balıq və başqa su heyvanlarını tutmağa görə 99, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanılıb. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Eyni zamanda meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 2433 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Bu istiqamətdə keçirilən birgə tədbirlər zamanı 10 800 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda narkokuryerdə 22 kq marixuana aşkarlandı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO