Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77710
az

ŞOK HADİSƏ! Yuxuda ilan gördü,falçının yanına getdi:Görün başına nə iş gəldi

20:2230 Noyabr, 2022
1275
REDAKTORUN SEÇİMİ
  • A

Tez-tez yuxusunda ilan görən şəxs real həyatda faciə yaşayıb.

Oxu24.com xəbər verir  ki, Hindistanda tez-tez yuxuda onu ilan sancdığını görən  54 yaşlı Raca bununla bağlı falçıya müraciət edib.

Falçı Racaya pis yuxuların "dərmanı" olaraq ilanlar məbədinə getməyi və bəzi ayinlər etməyi tövsiyə edib. Məsləhət verildiyi kimi, Raca məbədə gedib və ayinləri yerinə yetirib.Bu zaman faciə baş verib. Raca Russell gürzəsinin qarşısında dilini üç dəfə çıxardıb və bu zaman  zəhərli ilan qəfildən fermeri dilindən sancıb.

Məbədin keşişi Racanın vəziyyətini görəndə dərhal dilini kəsərək onu Erode Manian Tibb Mərkəzinə aparıb. Raca da keçirdiyi ağrılardan xəstəxanaya aparılarkən huşunu itirib.

 

Manian Tibb Mərkəzinin idarəedici direktoru Senthil Kumaran bildirib ki, həkimlər Racanın dilini kəsdiyinə görə müalicə ediblər və kişiyə ilan zəhərinə qarşı antidot veriblər.

 

 

Tərcümə: Nigar Oktayqızı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazir Kəlbəcərlə bağlı qərar imzalayıb
Emin Ağalarovun şirkəti işçi axtarır - MAAŞ 900-1200 MANAT