Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7765
az

Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

11:3808 Dekabr, 2018
1063
TİBB
  • A
B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.

B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.

B 12 vitamininin çatışmazlığının simptomları:

- yorğunluq

- zəiflik

- qəbizlik

- iştahanın azalması

- çəkinin azalması

- depressiya

- yaddaşın pozuması

- dezorientasiya (şüurun qarışması)

- ağız boşluğunda və dildə agılar.

Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:

- veqanlar

- pis qidalanan insanlar

- yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)

- mədə-bağırsaq sistemində pozulmaları olanlar  

- kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar

- bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.  

B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü