23:42
DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels - İngiltərə 0:0
23:00. İran - ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38
23:08
Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulacaq.
OXU24.COM apasport.az-a istinadən bildirir ki, qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürəcək.
1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalıb. Uelslə üz-üzə gələcək İngiltərəyə bunun üçün üç top fərqi ilə uduzmaq da yetər. Qaret Beyl və komandası britaniyalıların duelində qalib gəlməli, üstəlik digər qarşılaşmadan heç-heçə xəbəri gözləməlidir. Digər oyundan asılı vəziyyətə düşməmək üçün uelslilər möcüzə etməli və ən azı 4 top fərqi ilə qələbə qazanmalıdır.
Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşacaq. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcək. Asiyalılara bir xal da kifayət edə bilər. Amma bunun üçün Uels qalib gəlməməlidir.
Qeyd edək ki, üç komanda II turdan sonra 1/8 finala yüksəlib. Bu yığmalar Fransa, Braziliya və Portuqaliyadır.
DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels - İngiltərə 0:0
23:00. İran - ABŞ 0:0
1
İngiltərə
2
1
1
0
6-2
4
2
İran
2
1
0
1
4-6
3
3
ABŞ
2
0
2
0
1-1
2
4
Uels
2
0
1
1
Oxu24.com
ŞƏRHLƏR