Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77628
az

ATV rəhbərindən Nanəyə “yanındayıq” mesajı

15:3229 Noyabr, 2022
103
CƏMİYYƏT
  • A

"Azad Azərbaycan" televiziyasının rəhbəri Azər Xəlilov canlı yayımda Nanə Ağamalıyevaya jest edib.

OXU24.COM olay-a istinadən xəbər verir ki, bu barədə aparıcı veriliş zamanı məlumat verib:

"Verilişə gəlmədən öncə duyğulandım. ATV-nin rəhbərliyinə, Azər Xəlilova təşəkkürümü bildirirəm. O, mən gələn gündən deyib ki, istedadlı uşaqları efirə cəlb etmək lazımdır. Bəzən insan susub ürəyindəki ehtiramını əməli ilə göstərə bilər. Mənim və gördüyüm işlərin üzərində əməyiniz danılmazdır. Dedilər ki, rəhbərlik sənə çiçək göndərib. Mənim üçün bu məqam çox özəldir. Bu diqqətinizi heç vaxt unutmayacağam".

Qeyd edək ki, bir neçə gün öncə makiyaj ustası Anar Ağakişiyev "Astar" TV-yə müsahibəsində Nanəni sərt tənqid etmiş, onu özünü ATV rəhbəri kimi aparmaqda günahlandırmışdı:

"Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, "ATV" məni qara siyahıya atsa, vecimə də deyil. Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa rəhbərin otağında otursun. Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Nanəni isə öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta fəxri adı da var. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa-ulduzdur"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi