Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77623
az

Azərbaycanda akademik vəfat etdi

14:2029 Noyabr, 2022
134
CƏMİYYƏT
  • A

Tanınmış kimyaçı alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Dövlət mükafatı laureatı, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, akademik Musa Rüstəmov ömrünün 92-ci ilində vəfat edib.

OXU24.COM xəbər verir ki, bu barədə AMEA-nın Rəyasət Heyəti məlumat yayıb.

Qeyd edək ki, Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Alim 1961-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Musa Rüstəmovun əsas fəaliyyət istiqaməti neft emalının dərinləşməsi üçün heterogen katalitik proseslərin yaradılması sahəsində olub. Onun rəhbərliyi altında yeni nəsil katalitik krekinq prosesi sistemi (Q-43-107) yaradılıb. Bu yüksək səmərəli sistem keçmiş SSRİ-nin bir sıra zavodlarında və "Azərneftyanacaq" İB-də (indiki Heydər Əliyev adına NEZ) tətbiq olunub.

Alimin rəhbərliyi altında respublikamızda hidrogen energetikası sahəsində ilk tədqiqat işləri aparılıb, enerji daşıyıcılarının respublikamızda gələcək istifadəsi konsepsiyası, Azərbaycan neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanıb.

Alim əldə etdiyi nailiyyətlərinə və elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə 1979-cu ildə "Azərbaycan SSR Əməkdar elm xadimi", 1982-ci ildə isə "Azərbaycan SSR Dövlət mükafatı laureatı" adlarına layiq görülüb, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub. O, həmçinin 2002-ci ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində "Elm və texnologiya" mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi