Yevlax rayonunda yol kənarında yaralı şəxs aşkar edilib.
Oxu24.com "Report"a istinadən bildirir ki, Duzdaq-Aran qəsəbə yolunda aşkar edilən 1959-cu il təvəllüdlü Nemətabad kənd sakini Malik Qurbanov xəstəxanaya yerləşdirilib.
M.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun dediyinə görə, tanışının toy mərasimindən çıxıb evinə qayıdan zaman naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.
Piyadanın hadisə zamanı sərxoş halda olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Bərdədə 33 yaşlı piyadanı avtomobil vurub. Oxu24.com
ŞƏRHLƏR