Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7745
az

Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...

19:0807 Dekabr, 2018
1065
SİYASƏT
  • A
“Kütlə elə bir qüvvədir ki, bir dəfə hakimiyyəti dəyişməyə nail oldusa, onun damağında dad qalır. Və o istəyəcək ki, ikinci dəfə də öz gücünü göstərsin. Bu halda, Nikol Paşinyan diktator kimi gücə əl atmalıdır, əmr etməlidir ki, kütləyə güllə atılsın. Ya da hakimiyyətdən getməlidir”.

Bu fikirləri Oxu24.com-a açıqlamasında “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov deyib.

Ermənistanda 9 dekabr parlament seçkilərindən öncəki siyasi və sosial vəziyyət haqqında danışan tanınmış jurnalist Ermənistanı yeni inqilaba sürükləyən məqamları açıqlayıb:

“Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın vəzifəyə gələn zamandan etibarən cəmi bir planı olub: Ermənistanda hakimiyyətin bütün qollarını öz nəzarəti altına almaq. Hələ ki, onun heç bir başqa planı, proqramı, Ermənistanın inkişafı ilə bağlı hər hansı təkliflər paketi ortaya qoyulmayıb. Paşinyan bütün gücü ilə tək məqsədini reallaşdırmaq üzərində çalışır. Onun texniki cəhdləri: parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi bir məqsədə xidmət edir ki, Ermənistan hakimiyyətini bütövlükdə, bütün qolları ilə birlikdə mənimsəsin. Bu vəziyyət artıq kütləvi narazılıq doğurmağa başlayıb. Çünki Paşinyan baş nazir olandan bu yana Ermənistan xalqının sosial vəziyyətini yaxşılaşdıracaq heç bir addım atılmayıb. İqtisadiyyat bir az da geriləyib. Vəziyyət bir az da ağırlaşıb. Hakim dairələr isə bu vəziyyətə rəğmən, yalnız öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Bu da istər-istəməz sual doğurur: yaxşı, bəs sonra? Axı sosial vəziyyətin yaxşılığa doğru dəyişdirilməsi üçün hakimiyyətin bütün qollarının nəzarət altına alınmasına ehtiyac yoxdur. Baş nazir olan kimi müəyyən işlər görmək olardı. Amma Paşinyan bunu etmədi. Xalq da görür ki, artıq qış gəlir, havalar soyuyur, sosial vəziyyət bir az da korlanır. Lakin yaşayış şərtlərində heç bir irəliləyiş olmur. Paşinyan isə yeni seçkilərin dərdindədir. Ona görə də dünənə qədər onun arxalandığı kütlə bu gün başa düşür ki, aldadılıb. Düzdür, kütlə aldadıldığını, adətən, çox gec başa düşür. Ancaq Ermənistanda aldadılmaq fikri yavaş-yavaş genişlənməyə başlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ