Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77425
az

Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

14:4325 Noyabr, 2022
136
KRİMİNAL
  • A

Milyarder işadamı Fərhad Əhmədova məxsus “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyə şirkəti olan “Airland iklimlendirme ticraret” “Aznar” barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət daxil olub.

İddiada qeyd edilib ki, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, bir neçə gün öncə Fərhad Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılaraq dindirilib. Onun adı şəhid polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı səs yazısının yayılmasında hallanırdı.  Belə ki, biznesmen məlum səs yazısını qeydə aldığını etiraf etsə də, səsin kim tərəfindən yayıldığı bəlli deyil.

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb