Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanla Azərbaycan arasında lazım olduğu təqdirdə rabitə əlaqəsinin yaradılması ilə bağlı xəbərləri təsdiq edib.
Femida.az xəbər verir ki, bu barədə o, yerli KİV-ə verdiyi müsahibəsində deyib.
"Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri olan hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir".
Qeyd edək ki, daha öncə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə açıqlamalar vermişdi. Oxu24.com
ŞƏRHLƏR