Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

XƏBƏR LENTİ

01 Sentyabr 2024
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib
Xalq artisti gül satan qocaya 200 manat verdi - VİDEO
Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?
Dadlı qəhvəni necə dəmləmək olar?
Saat 10:00-dək respublika üzrə 9.92 faiz seçici fəallığı qeydə alınıb
Əli Əsədov və Kamran Əliyev səs verdi- Foto
"Manatlıq" taksilərin yığışdırılmasının yaratdığı problemlər -VİDEO
Prezident və ailəsi səs verdi
Londonda güclü partlayışlar baş verdi -VİDEO
BÜTÜN XƏBƏRLƏR
77410
az

Zəruri müdafiə nədir? - Hüquqlarınızı bilin!

11:1325 Noyabr, 2022
159
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  əməlin cinayət olmasını aradan qaldıran hallarla bağlıdır.

Hüquq ədəbiyyatında bu  zəruri müdafiə adlanır.

Bəs bu maddə nə deməkdir və hansı hallarda tətbiq edilir?

Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.

Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

Zəruri müdafiədə qəsdə və müdafiəyə aid şərtlər mövcuddur:

Zəruri müdafiədə qəsdə aid olan hansı şərtlər vardır?
Qəsd ictimai təhlükəli olmalıdır. Əgər ictimai təhlükəli deyildirsə, ona qarşı zəruri müdafiəyə yol verilmir. Əməl şəxsiyyətə, cəmiyyətə yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli yaxud zərər yetirmək təhlükəsi yaratmalıdır.
Qəsd real olmalıdır. Yəni, qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Şəxs heç bir əsas olmadan qəsdin olduğunu zənn edirsə, o zaman müdafiə hərəkətləri məsuliyyətə səbəb olacaqdır. 
Qəsd mövcud olmalıdır. Başqa sözlə, qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır.
Bəs müdafiəyə aid şərtlər hansılardır?
Qanunla təkcə özünün deyil, həmçinin başqa şəxslərin, cəmiyyətin və dövlətin mənafeyinə qarşı yönəlmiş ictimai təhlükəli qəsdlərdən müdafiə hərəkətlərinə yol verilir.
Müdafiə yalnız qəsd edənə zərər vurmaq yoluyla həyata keçirilir. 
Müdafiə qəsdin xarakteri və təhlükəlik dərəcəsini aşmamaqla həyata keçirilir. 
 

Sağlamlığa yetirilən zərərə qarşı, habelə, adam öldürməyə qarşı zəruri müdafiə mümkündür.

Mübahisə edən şəxslərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir birini intiqam hissi ilə döyməyə, xəsarət yetirməyə  səy edirsə, belə hallarda  müdafiə hüququ yaranmır. 

Mübahisənin gedişində tərəflərdən biri soyuq silahdan yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək və ya cinayət törətmək fikrinə düşərsə belə halda mübahisənin xarakteri dəyişir. Qarşı tərəfin daha təhlükəli hərəkətdən müdafiə  hüququ yaranır.

Əgər, mübahisə edən tərəflərdən biri öz hərəkətlərinə son qoyarsa. Məsələn, zərbədən yıxılır və hücum etmək imkanı aradan qalxır. Yaxud könüllü olaraq imtina edir, digər tərəf bundan sonra yenə hücumu davam etdirərsə mübahisəyə son qoyan şəxsin belə hücumdan zəruri müdafiə hüququ yaranır. 

Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindəndir.  

Müdafiə tədbiri nəticəsində nəinki qəsd edənin sağlamlığına, həyatına habelə onun əmlak mənafeyinə də zərər yetirilə bilər. 

Müdafiə hərəkəti qəsdin xarakteri və təhlükəlik dərəcəsini aşmamalıdır. 

Qanunun mənasına görə həyata qəsd edən hərəkətlərdən müdafiə olunarkən, hücum edənin öldürülməsi, zorlama, quldurluq, banditizm, xüsusilə qərəzli xuliqanlıq zamanı isə hücum edənin sağlamlığına ağır zərər vurulması hallarında müdafiə hərəkəti qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olacaqdır. 

Qəsddən müdafiə olunarkən zəruri müdafiənin şərtlərinə riayət edən şəxs əgər qanunsuz gəzdirdiyi odlu və ya soyuq silahdan istifadə edərsə, bu zaman müdafiənin hüququliyi dəyişmir. Başqa sözlə, şəxs zəruri müdafiə vəziyyətində yol verdiyi hərəkətə görə məsuliyyət daşımır. Onun barəsində yalnız qanunsuz silah gəzdirdiyinə görə məsuliyyət yaranır. 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var