Ermənistanda gərginlik son həddə çatdı: Sarkisyan mühasirəyə alınıb - CANLI
11:2618 Aprel, 2018
1331
DÜNYA
A
Erməni deputat Nikol Paşinyanın təşəbbüsü ilə İrəvanda etiraz aksiyaları yenidən başlayıb.
Oxu24.com xəbər verir ki, saat 10:00-a nəzərdə tutulan aksiya 40 dəqiqə gecikmə ilə başlayıb.
Paşinyan və tərəfdarları Fransa meydanından yürüşə çıxıb. Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etməkdir.
Paşinyan yürüş boyu tələbələri dərslərini ataraq küçəyə çıxmağa səsləyib.
Nikol Paşinyanın rəhbərliyi ilə erməni etirazçılar Baqramyan küçəsində Ermənistan Baş naziri Serj Sarkisyanın iqamətgahını mühasirəyə alıblar.
Paşinyan iqamətgahın blokadasının başladığını rəsmən elan edib. İqamətgahın qarşısında polis kordonu götürülüb və etirazçılara heç bir problem yaradılmayıb.
ŞƏRHLƏR