Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77331
az

Dünyada İLK: Narkotik asıllığına qarşı peyvənd hazırlandı

12:5024 Noyabr, 2022
106
DÜNYA
  • A


Hyuston və Yeni Orleandakı bir sıra tədqiqat mərkəzləri və universitetlərindən olan amerikalı alimlər narkomaniyaya qarşı dünyada ilk peyvənd hazırlayıblar.

Rarici media xəbər verir ki, söhbət xüsusilə, artan xəstəlik halları və ölümlə nəticələnən həddindən artıq dozada opioidlərdən gedir.

Ekspertlər qeyd edirlər ki, narkomaniyanın müalicə oluna biləcəyinə baxmayaraq, insanların 80 faizi residivdən əziyyət çəkir.

Eyni zamanda, fentanilin iki milliqram qədər az bir dozası ölümcül ola bilər, çünki bu narkotik heroindən 50 dəfə, morfindən isə 100 dəfə güclüdür.

"Bizim peyvəndimiz fentanilə qarşı anticisimlər yaratmağa qadirdir ki, bu da udulmuş fentanilə bağlanır və onun beyinə çatmasının qarşısını alır, onun böyrəklər vasitəsilə xaric olmasına imkan verir", - Hyuston Universitetinin dosenti Kolin Heyl deyib.

Bundan əlavə, alimlər vurğulayıblar ki, peyvəndin tətbiqindən sonra insan eyforiya hiss etməyəcək, ancaq rasional düşüncəyə qayıda biləcək.

"Fentanilə qarşı anticisimlər spesifikdir və fentanil törəməsi morfin kimi digər opioidlərlə çarpaz reaksiyaya girmir. Bu o deməkdir ki, fentanilə qarşı peyvənd edilmiş şəxs hələ də digər opioidlərlə müalicə oluna bilər", - alimlər belə düşünürlər.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniyada yorğunluq və əzələ zəifliyi əlamətlərini aradan qaldırmaq üçün nəzərdə tutulmuş dərmanın ilk sınaqlarına başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Britaniya COP-29-la bağlı plan qurduğunu ELAN ETDİ
Nüvə fəlakəti ehtimalı ABŞ-da QORXU YARATDI -Bunkerlər sürətlə tikilir
Durov hansı şərtlərlə azadlığa çıxdı? - 5 milyonluq girov öhdəliyi və...


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Dəmir yolundan 150 kq armatur və yanacaq oğurlandı