İmişlidə arvadını öldürməyə cəhddə təqsirləndirilən Xanoğlan Quliyevin məhkəməsi başlayır.
Oxu24.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin iyulunda İmişlidə qeydə alınıb.
Belə ki, X.Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Günel Abdullayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd edib.
X.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Oxu24.com
ŞƏRHLƏR