Qubada meyiti tapılmış şəxsin üzərində zorakı əlamətlər aşkarlanmayıb.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır:
"Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib".
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR