Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
773
az

Dəhşət! Arvadı ilə birləşib anasının başını kəsən oğuldan xəbər var

11:1918 Aprel, 2018
1329
KRİMİNAL
  • A
 Şirvan Apellyasiya Məhkəməsində Masallı rayonunda həyat yoldaşı ilə birlikdə valideynlərini qətlə yetirən şəxslə bağlı məhkəmə hökmündən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

Oxu24.com -un məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti qismən təmin edilib.

Ağayev Azər Etibar oğlunun cəzası dəyişdirilərək ömürlük həbs cəzası ilə əvəz edilib.

Onun həyat yoldaşı Ağayeva Bəstəgül Lətif qızı barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərar isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin iyunun 5-də Masallının Miyenkü kəndində dəhşətli qətl hadisəsi baş verib. Həmin kəndin sakinləri, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı 1979-cu il təvəllüdlü Bəstəgül Ağayeva ilə birgə ailə-məişət münaqişəsi zəminində valideynləri - 1962-ci il təvəllüdlü Ağayev Etibar Qiyas oğlunu və 1962-ci il təvəllüdlü Ağayeva Rəfiqə Qurban qızını balta ilə amansızlıqla qətlə yetiriblər.

Daha sonra meyitləri həyətlərindəki tövlədə basdıraraq üzərini betonla örtüblər. İyunun 5-dən yoxa çıxan ər-arvadla maraqlananlara Azər Ağayev onların Rusiyaya yollandığını deyib. İyunun 9-da hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, yoxa çıxan ər-arvadı oğlu və onun həyat yoldaşı qətlə yetirərək tövlədə basdırıb.

Qətli törətməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağayev Azər Etibar oğlu və onun həyat yoldaşı Ağayeva Bəstəgül Etibar qızı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 120.2.9 maddələri ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı