7 dekabr 1988-ci il…Saat 11:41…Spitak şəhəri. Güclü uğultu və titrəyiş. Bu Ermənistanda “Spitak zəlzələsi” kimi tarixə düşən dəhşətli zəlzələ idi. 30 saniyənin içərisində ermənilərin gəlmə olduğu qədim türk şəhəri olan Hamamlı yer üzündən silinir. Bəli, bu ərazi məhz qədim türklərin yaşadığı tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən türk şəhəri idi. Daima saxta tarix və dövlət yaratmağı adət edən ermənilər bu ərazini sonralar Spitak adlandırmışlar.
10 bal gücündə dəhşətli zəlzələ rəsmi rəqəmlərə görə 25.000 erməninin məhvinə, bir şəhərin, 58 kəndin yer üzündən silinməsinə, 140 min adamın şikəst qalmasına, 514 min ailənin evsiz qalmasına gətirib çıxardı. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji yaranıb.
Hadisələrin şahidi Levan Qalastyan həmin günü belə xatırlayır:
“ Səhər hər kəs işə, dərsə, bazara gedirdi. Hava çox qəribə vəziyyət aldı. Qara rəngdə yağış yağmağa başladı.Əvvəlcə çox soyuq idi. Sonra gözlənilmədən temperatur 15-16 dərəcə yüksəldi. Artıq saat 11:40 idi. Güclü uğultu eşidildi. Bircə onu gördük ki, bina yerin altına girdi. Nə baş verdiyini anlamırdıq.” (Mənbə :Erməni mətbuatı. )
“ Ölü sayı o qədər çox idi ki, qəbiristanlıq kimi Spitakın mərkəzi futbol meydançası seçildi. Meyitlərin sayı çox olduğu üçün bəzi qəbirlərə iki meyit qoyulurdu.
Ermənilər ilk anda nə baş verdiyini anlamırdılar. Onlar elə zənn edirdilər ki, müharibə başladı və Spitak bombalanır. Çünki həmin ərəfədə ermənilər azərbaycanlıların yaşadıqları tarixi türk torpaqlarına iddia qaldırmışdı. Azərbaycanlılar Qərbi Azərbaycandan qovulurdu”. (Mənbə: Jurnalist Dmitriy Kiselyovun reportajı)
Bu Spitak zələzələsi ilə bağlı rəsmi məlumat idi. Amma məsələnin bu günə qədər cavabı verilməyən sirli sualları qalır. Həmin gün Allahınmı xain millətə qəzəbi tutmuşdu, yaxud böyük qardaşları onlara “böyük şilləsi” vurmuşdu. Suallar çoxdur.
Birinci məsələdən başlayıram. Yazının əvvəlində qeyd etdiyim kimi bu torpaq qədim türklərin məskənləri olub. 1988-ci ilin noyabrın 1-də Spitak da daxil olmaqla Ermənistanın rayonlarında azərbaycanlılar kütləvi qırğına məruz qaldı. Erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqın edərək 40-dan çox azərbaycanlını vəhşicəsinə qətlə yetirdi, yüzlərlə ailə ev-eşiyindən didərgin düşdü. Azərbaycan türkləri artıq erməni xəyanətinin acısını yaşayırdı. Xain millətin planlı siyasətinin həyata keçirilməsinin davam etdirildiyi vaxtın üstündən bir ay keçməmiş ermənilərin ən çox sərmayə yatırdığı bölgə yer üzündən silindi. Təkcə Gümrüdə 5.000 erməni uşağı dağıntılar altında məhv oldu. Zəlzələ tək Spitakı yox, Kirovakan (hazırkı Vanadzor), Stepanavan və Leninakanda , yəni Gümrünü də dağıtmışdı.
Hansı ki, bu günə kimi ermənilər həmin şəhərləri bərpa etmək gücünə malik deyil. Bu Allahın kafir millətə qəzəbi deyilmi?
Məsələnin ikinci versiyasına baxaq. Burada birinin barmağ izi var. Bütün işarətlər şimalı, daha dəqiq desək SSRİ-nin idarə mərkəzi olan Moskvanı göstərir. Bir qədər də irəli getsək sonralar Azərbaycanda bir sıra f aciələrin müəllifi olan Qarbaçovu. Elə bu dövrdə Ermənistanda söhbət gəzirdi ki, Moskva Ermənistan ərazisində nüvə silahını sınaqdan keçirmək istəyir. Söhbətin yayılması da səbəbsiz deyildi. 1988-ci ilin yayında Ermənistana Moskvadan birdən - birə müdafiə naziri Dmitri Yazov da başda olmaqla yüksək çinli məmurların səfəri başlayır. Sevan (Göyçə) yolunda, üzərində “Bomba” yazılmış maşın karvanı peyda olur. Avqust ayında Spitaka və Kirovakana çox sayda raket qurğuları gətirilir. Burdakı hərbi hissənin rəhbərliyi ailələri ilə birlikdə Ermənistanı naməlum səbəbdən tərk edir. Sentyabr ayında imperiyanın nüvə silahlarının sınaqdan keçirilməsi üzrə sədri Boris Şerbin Ermənistana gəlir. Bütün bunlar məqsədli səfər deyildimi?
Məsələnin Rusiya işarəti verən daha bir məqamı. 7 dekabr 1988-ci il. Mixail Qorbaçov gözlənilmədən sərhədlərdən çox uzağa ABŞ-a rəsmi səfərə gedir.
Daha dəqiq desək baş verə biləcək faciədən özünü sığortalamaq üçün mümkün qədər uzağa gedir. Mixail Qarbaçovun təyyarəsi ABŞ-a çatar-çatmaz ermənilərin başına od ələnir. Bu dəfə o qardaşlarının qırılmasının qarşısını almaqda aciz durumdadır. Qarbaçov ABŞ-dan Kubaya getməyi planlaşdırsa da, bu xəbərdən dərhal sonra rəsmi səfəri yarımçıq dayandırıb, birbaşa Ermənistana gəlir. O arvadı Raisa Qarbaçovla birlikdə dünyaya çağırış edir.”Yazıq ermənilərə yardım edin.”
BBC-nin rus xidmətinin rəhbəri Mark Qriqoryan Spitak zəlzələsi ilə bağlı xatirələrində yazır:
“Mixail Qorbaçov zəlzələdən üç gün sonra təbii fəlakət bölgəsindəki situasiya ilə tanış olmaq üçün Leninakana gələndə yaxınlarını itirmiş, evsiz-eşiksiz qalmış şəhər sakinləri ona evlərinin nə vaxt bərpa ediləcəyi barədə suallardan çox Qarabağ məsələsi haqda sual verirdilər.
Qorbaçov isə Qarabağ haqda danışmağa hazır deyildi. Buna baxmayaraq o, özünü saxlaya bilməyib “saqqallılar”, “avantüristlər”, “demaqoqlar” və “qara köynəklilər” barədə qəzəblə danışdı. Və öz missiyasını iflasa uğratdı - ən azından Ermənistan sakinlərinin nəzərində.”
Göründüyü kimi başlarına göydən daş yağdığı bir vaxtda mənfur millət bu dəfə də Qarabağın işğalı planını unutmurdu. Burada da planın baş “mühəndisi”ndən kömək gözləyirdilər. Erməni sevgisi ilə seçilən Qarbaçov elə oradaca vədlər verirdi. Hansı ki, həmin vədlərin sonu Azərbaycan torpaqlarının işğalının təməlini qoydu. Kim bilir..Bəlkə də Spitak zəlzələsinin də planı Moskvada hazırlanıbmış…
Mütəxəssislər niyə əvvəlcədən zəlzələ baş verəcəyini qeydə ala bilməmişdilər?
Seysmoloq Sergey Nazartyan bu haqda danışır:
“ Seysmoloqlar zəlzələ baş verəcəyi ilə bağlı əvvəlcədən məlumat verə bilmədilər.Ermənistan seysmoloji zonada yerləşsə də, həmin vaxt zəlzələ baş verəcəyini heç kim gözləmirdi. Bu zəlzələ başqa zəlzələ idi.”
Humanist azərbaycanlı, xain erməni xisləti…
Belə bir ağır günlərdə Azərbaycan qonşu dövlətə yardım etmək qərarına gəlir. İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir. Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. O da 2011-ci ildə dünyasını dəyişir. Bu günə qədər həmin təyyarənin hansı şəraitdə və necə partlaması sirr olaraq qalır. Bircə bilinən odur ki, təyyarə erməni səmasında partladılıb.
Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilir.
Bu da Azərbaycan və erməni xisləti. Kim zəmanət verir ki, ikinci Spitak zəlzələsi olmayacaq? Kim zəmanət verir ki, qəzalı vəziyyətdə olan “Metsamor” baş verə biləcək qəzadan bütün Qafqazı zəhərləməyəcək? Azərbaycanda ədalət axtaran beynəlxalq təşkilatlar hələki, bu sualların qarşısında susurlar.
Oxu24.com
ŞƏRHLƏR