Bu gün qəhrəman şəhidimiz əsgər Elməddin Nəzərovun doğum günüdür.
Oxu24.com xatırladır ki,Nəzərov Elməddin İsmayıl oğlu 22.11.1996-cı il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində anadan olub. Vətən Müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən döyüşlərə yollanan əsgər Elməddin Nəzərov torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 30.10.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz subay idi.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR