Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77126
az

SENSASSİYA! Azərbaycanlı milyarder Rusiyaya casusluq etdiyi üçün saxlanıldı

09:3622 Noyabr, 2022
953
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, bir neçə gündür tanınmış iş adamı Fərhad Əhmədovun saxlanılması ilə bağlı xəbərlər yayılır.

 

Oxu24.com  xəbər verir ki, demokrat.az isə artıq adıçəkilən şəxsin konkret olaraq DTX tərəfindən saxlanıldığını yazıb.

 

Məlumata görə, bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. 

 

Axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. 

 

Məlumata görə, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.

 

İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.

 

Hazırda F.Əhmədovun barəsində istintaq davam edir.

 

Hadisə ilə bağlı hələlik heç bir rəsmi açııqlama verilməyib.

 

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

 

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi