Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.
Oxu24.com-un məlumatına görə, qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə Devi Klassen vurublar.
Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.
Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR