Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.
İdmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.
"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.
Hal-hazırda qadın döyüşçülər üçün Mütləq Döyüş Çempionatında (UFC) yaxşı şərait yaradılıb və bu turnirin hazırkı çempionu H.Nurməhəmmədovdur. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır. / oxu.az Oxu24.com
ŞƏRHLƏR