PKK/PYD terror təşkilatının Qaziantepəyə həyata keçirdiyi raket hücumunda 3 nəfər həyatını itirib. Xain hücumda həyatını itirənlər arasında müəllim Ayşenur Alkan və 5 yaşlı Həsən Karataş da var.
Oxu24.com Haberler.com saytına istinadən xəbər verir ki, Türkiyə kiçik şəhidi Həsən Karataş və şəhid müəllimi Ayşenur Alkan üçün ağlayır
(Şəhid olan müəllimə)
Raket hücumunda həyatını itirənHəsən Karataşın CHPdən İzmir bölgəsindən seçilən millət vəkili Mahir Polatın qardaşı oğlu olduğu ortaya çıxıb. Acı xəbəri paylaşan Polat "Ürəyimiz yanır. Qaziantepin Karkamış rayonunda xain terror təşkilatının təşkil etdiyi raket hücumunda qardaşımız oğlu Həsən Karataş həyatını itirdi. Lənət olsun terrora" deyib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR