Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77048
az

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi

13:1721 Noyabr, 2022
99
SİYASƏT
  • A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir. Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov Yaşar Gülərə zəng etdi
İlham Əliyev Lukaşenkoya zəng etdi
Prezident TBMM-nin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı