Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7704
az

Səddam Hüseynin edam qərarını verən hakimin EDAMla bitən ömrü- Tarixin qanlı məhkəməsindən şok VİDEO

13:4606 Dekabr, 2018
2208
DÜNYA
  • A
 Femida.az oxuculara dünya miqyasında baş vermiş qalmaqallı məhkəmə prosesləri ilə bağlı maraqlı faktları təqdim etməkdə davam edir. Bu dəfə təqdim etdiyimiz mövzu İraqın edam olunmuş sabiq prezidenti Səddam Hüseynin məhkəmə prosesi və Səddam Hüseynin edamı qərarını verən həmin hakimin taleyi ilə bağlıdır.

Səddam Hüseyn kimdir?

Qısa arayış:


1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində anadan olub. Atası Səddam Hüseyn anadan olmamışdan qabaq vəfat etmişdi. Səddam anadan olduqdan sonra uzun müddət atasının kim olduğunu bilməmişdi. Anası yenidən ailə qurduqdan sonra Səddam Hüseyn dayısı Xairallah Talfahın yanında yaşadı. 17-20 yaşa arasında Səddam Bağdad Universitetində hüquq elmi üzrə təhsil alırdı. 1957-ci ildə BƏƏS Partiyasına üzv oldu. 1959-cu ildə İraqın o zamankı Baş Naziri olmuş Əbdülkəmir Qasıma qarşı hazırlanmış sui-qəsddə iştirak edir. Sui-qəsd zamanı yaralanır və birinci Suriyaya sonra isə Misirə qaçır. Sürgündə yaşadığı zaman Qahirə Universitetində (1962-1963) hüquq elmi üzrə yenidən təhsil alır. 1963-cü ildə BƏƏS Partiyasının İraqda hakimiyyətə gəlməsindən sonra təhsilini İraqda davam etdirməyə qərara gəldi.

1963-cü ildə Səddamı böyüdən dayısının qızı Sacidə Talhaf ilə ailə həyatı qurdu və bu evlilikdən Rəna, Rəqhad və Hala adlı qız övladları, Uday və Qusay oğlan övladları var idi. daha sonra yenidən 2 dəfə ailə həyatı qurdu. Bu evliliklərdən isə Əli adlı daha bir övladı var idi.


19 sentyabr 2002-cildə BMT-nin Təhlükəsizlik Şurasına İraqın Xarici İşlər Naziri Nəci Səbri Səddam Hüseyn tərəfindən göndərilmiş məktubu təqdim edir. Məktubda bildirilirdiki İraqın heç bir kimyəvi, nüvə, bioloji silahı yoxdur.
Nəhayət 19 mart 2003-cü ildə ikinci Körfəz Müharibəsi başladı. Bu dəfə əməliyyatların adı İraq üçün azadlıq idi. 13 dekabr 2003-cü ildə Səddam Hüseyn həbs edildi.

Səddam Hüseynin edam qərarını verən hakim kimdir?

Hələbdə anadan olan hakim Rauf Abdul Rəhman Səddam Hüseynə qarşı yumşaq qərarlar çıxaran digər hakim Rüzgar Amindən sonra məhkəmə işinə hakimlik etməyə başlamışdı.1963-cü ildə Bağdat Universitetinin Hüquq fakültəsini bitirən hakim əvvəlcə vəkil kimi fəaliyyətə başlamış və 1996-cı ildə Kürdistan Muxtariyyatında Məhkəmədə işə başlayıb.Maraqlı bir fakt isə 1980-ci ildə Rauf Abdul Rəhmanın Səddam Hüseyn rejimi tərəfindən təyziqlərə məruz qalması olub.Hətta həmin illərdə Səddam Hüseynin göstərişi ilə hakim işgəncələrə də məruz qalıbmış. Mətbuatın yazdığına görə, məhz bu səbəbdən Səddam Hüseynin məhkəmə prosesinə hakim təyin edilib.Məhkəmə prosesi gərgin anlarla yadda qalıb. Hakim hətta bir neçə dəfə Səddam Hüseyni aşağılacaq ifadələrlə "diktator, sən dayan", sözlərini işlədib.


Yekun qərar isə Səddam Hüseynin edamı olur. Səddam Hüseyn edam edildikdən sonra hakim Rəhman bir müsahibəsində eks-prezidentin edam səhnəsini əks etdirən fotonu göstərərək "mədəniyyətdən uzaq" ifadəsi ilə aşağılamışdı.Sonda hakim qərarı oxumağa başlayarkan zalda etiraz səsləri qalxmış, vəkillər hakimi ədalətsiz qərar vrməkdə suçlamışdı. Səddam Hüseyn özü isə qərarı sakitliklə qarşılamış, hakimə " qərarı bir sözlə de, bitir..." sözlərini bildirmişdi. Qərar elan olunduqdan sonra Səddam Hüseyn "Vətən sağ olsun!" deyərək susmuşdu. Qeyd olunan məhkəmə prosesi ABŞ-ın bir neçə televiizyası ilə canlı yayımlanmış və ingilis dilinə tərcümə ilə çıxışlar yayımlanmışdı. 30 dekabr 2006-cı ildə edam edildi. Edam edildikdən sonra Səddam Hüseynin edamından qabaq yazdığı məktuba əsasən oğlanları və digər ailə üzvlərinin də dəfn edildiyi Tikritdəki məzarlıqların birində dəfn etdilər.
Səddam Hüseynin edamı ABŞ, Böyük Britaniya, İsrail və Küveyt məmnuniyyətlə qarşıladılar. Liviyada 3 günlük matəm elan edildi və Qurban Bayramı ilə əlaqədar hazırlanmış bütün tədbirlər ləğv edildi. Pakistan, Malayziya, Rusiya bu edamın İraqda daxili çaxnaşmaların yaranmasını yaradacağını bildirdilər.


Səddam Hüseynin edam qərarını verən hakimin acı sonluğu...

Hakimin sonrakı taleyinin necə olması əksər insanlar tərəfindən maraqla qarşılanıb. Bəzi mənbələr onun naməlum qruplar tərəfindən qaçırılaraq edam edildiyini bildirib.Hadisə 2014-cü ildə baş verib. Millət vəkili Xəlil Attieh şəxsi feysbuk səhifəsində hakim Rauf Abdul Rəhmanın sünni təriqətinin üzvləri tərəfindən qaçırıldığını və öldürüldüyünü yazmışdı. Məlumata görə, hakimi işgəncə ilə öldürən qiyamçılar "əvvəl, axır qisas alınmalı idi" sözlərini sosial şəbəkələr vasitəsi ilə yayımlamışdı.

Sosial şəbəkələrdə isə hakimin xəstə halda yataqda uzanıb, kömək istəməsinin kadrları yayılmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boksçu hakimi 6-cı saniyədə nokauta salıb -  ŞOK VİDEO
Meşədə insanlar gördüklərindən şoka düşdü: Başında zəncir tapılan atı kim bu hala salıb?
Parkda dəhşət: Pitbull uşağın qolunu parçaladı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu