Oxu24.com Azərbaycanda baş vermiş məşhur cinayətlərin tarixçəsi ilə bağlı araşdırma yazıları təqdim edir. Bu dəfə təqdim etdiyimiz mövzu 2015-ci ildə qətlə yetirilən transseksual Ayla Dəmirovanın qətli ilə bağlıdır.
Hadisə Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ş.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Qeyd edək ki, A.Dəmirova daha əvvəl kişi olub. Adı isə Hətəmpaşa olub. O, daha sonra əməliyyatla cinsiyyətini dəyişdirib qadın olub. Trans Aylanın qətli ilə bağlı şok vidoenu təqdim edirik:
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR