Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77025
az

Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür

10:2021 Noyabr, 2022
104
CƏMİYYƏT
  • A

Bu gün Şuşanın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür.


Oxu24.com xatırladır ki, Sayadov Mehman Qəzənfər oğlu 1972-ci il noyabrın 21-də Basarkeçər rayonuun Günəşli kəndində anadan olub. 1988-ci ildə erməni seperatçı qüvvələrinin azərbaycanlıları kütləvi şəkildə ata yurdlarından deportasiya etmələri nəticəsində Mehhman ailəsi ilə birgə Samux rayonuna köçür.

Yaşının az olmasına baxmayaraq, o da digər soydaşlarımız kimi baş verən hadisələrə biganə qala bilmir. O, orta məktəbi bitirib 18 yaşı tamam olan kimi hərbi xidmətə gedir.

Mehman hərbi xidmətə Sovet ordusu sıralarından başlayır. 6 ay rus ordusunda hərbi xidmətdə olur. Azərbaycandakı ağır vəziyyət onu bu xidməti yarımçıq qoyaraq vətənə dönməyə vadar edir. Vətənə dönən Mehman könüllü olaraq cəbhə bölgəsinə yollanır.

O, 1991-ci il noyabrın 5-də “Azərbaycan Qarabağ” adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq cəbhənin Şuşa istiqamətinə gedir. O, gənc olsa da, çox bacarıqlı döyüş qabiliyyətinə malik idi. Döyüşçü yoldaşları onun bu qədər gənc və cəsur bir döyüşçü olduğuna heyrətlənirdilər. Mehman və onun döyüş yoldaşları Şuşanın Kosalar və Nəbilər kəndlərindəli qızğın döyüşdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və xeyli sayda zirehli texnikasını məhv edir. Ermənilər hər tərəfdən Şuşaya basqınlar edirdilər.
Rusun dəstəyi sayəsində ordusunu müasir silahlar və canlı qüvvə ilə təmin edən ermənilər çirkin niyyətlərini həyata keçirməyə nail oldu. Düşmənə vurulan hər zərbədən sonra Mehman da qürurla döyüşə atılır. Ancaq təəssüflər olsun ki, bu cür cəsur oğullarımızın ömür yolu çox qısa olur.
1992-ci il mayın 9-da Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı Mehmanın da döyüş coşqusu ilə döyünən ürəyi yağı gülləsi tərəfindən əbədiyyən susdurulur. O, özü şəhidlik zirvəsinə yüksəlməklə yanaşı, xeyli sayda erməni yaraqlısınıda məhv edir.
Qəhrəman döyüşçümüzün soyuq cəsədi ətrafında onlarla erməni yaraqlısının da cəsədi var idi. Bu onu göstərir ki, o ölüm anında belə düşməndən qisasını almağa çalışıb.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
Qanunsuz balıq ovu edənlər saxlanıldı
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA