Rus qoşunlarının Xersondan geri çəkilməsi Rusiya Federasiyasına cəbhənin digər istiqamətlərində qruplaşmalarını gücləndirmək üçün 20.000 qoşun köçürmək imkanı verdi. Onların bəziləri Donetsk vilayətinin şərqinə göndərilib.
Oxu24.com xəbər verir ki,“The Wall Street Journal” yazır ki, Ukrayna orada yeni hücuma hazırlaşır, çünki Xersondan çıxarılan rus qoşunları bu yaxınlarda səfərbər olunan ruslara qoşulacaq.
Üstəlik, həmin istiqamətdə hücumların intensivliyini artırdılar. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, təkcə noyabrın 18-də Donetsk vilayətində 100-ə yaxın Rusiya atəşi qeydə alınıb", deyə Amerika nəşri qeyd edir.
Hərbi analitiklərin fikrincə, Ukraynadakı “xüsusi əməliyyat”ın komandiri general Sergey Surovikinə təzyiqlər olacaq. Onlar Xersondan geri çəkildikdən sonra Donbasda ondan nəticə, həmçinin Dnepr çayının şərq sahilində yeni müdafiə mövqelərinin yaradılmasını tələb edəcəklər.
Tərcümə: Nigar Oktayqızı
Oxu24.com
ŞƏRHLƏR