Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7685
az

Əzələ qıcolması. Səbəblər və yardım

20:0205 Dekabr, 2018
1034
TİBB
  • A
Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır.

Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: "Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.

Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşından yuxarı yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayanlar, həmçinin bəzi dərman preparatlarını qəbul edənlər daxildir.

Əzələ qıcolmasının səbəbləri məlum olmasa da, yaranması haqqında iki nəzəriyyə var. Bir qrup tədqiqatçılar hesab edirlər ki, əzələlər gün ərzində yetəri qədər dartılma hərəkəti etmədikdə əzələ yorğunluğu və qıcolmalara aparıb çıxarır, qan dövranı pozulur və əzələlərin normal işləməsi üçün lazım olan oksigen və qlükozanın çatdırılması ləngiyir. Özünümüdafiə səbəbi ilə əzələlərdə ani olaraq yığılmalar baş verir.

Digər nəzəriyyəyə görə isə qıcolma isti havada fiziki işlə məşğul olanda və ya uzun müddət susuz qalanda orqanizmin itirdiyi duzlar, xüsusilə də kalsium, maqnezium, kalium və natrium ionlarının çatışmazlığı nəticəsində yaranır. Bundan başqa uzun müddət eyni vəziyyətdə hərəkətsiz qalmaq da əzələlərdə qeyri-iradi yığılmalara səbəb ola bilər".

Həkim-endokrinoloqun dediyinə görə, adətən, qıcolmalar özbaşına keçib gedir: "Onu tez aradan qaldırmaq üçün isə bir sıra üsullardan istifadə etmək olar. Məsələn, qıcolma yaranan kimi dərhal hərəkəti dayandırmaq, əzələni ehmalca dartmaq və masaj etmək, ayaq pəncəsini əllə ehtiyatla özünə tərəf qaldırmaq lazımdır. Həmin hərəkət zamanı diz oynağı tam açılmalıdır. Əgər budun arxa əzələsi qıc olubsa, diz oynağı bükülü vəziyyətdə olmalıdır.

Qıc olmuş əzələyə bir neçə dəqiqə istirahət vermək olar. Əzələni yığmaq istəyi ikinci qıcolma ilə nəticələnə bilər. Qıcolma keçdikdən sonra əzələ hələ də gərgin vəziyyətdədirsə, onu masaj etmək, isitmək və sarğı ilə sıx bağlamaq lazımdır.

Əzələ qıcolmalarının qarşısını almaq üçün daim yüngül fiziki məşqlər və əzələlərin dartılma hərəkətləri etmək lazımdır. Balanslaşmış qidalanmanı da unutmaq olmaz. Rasionda kifayət qədər kalsium, maqnezium, natrium və kalium tərkibli qidalar olmalıdır. Əzələlərdə qan dövranını zəiflədən siqaret, alkoqol, qəhvə, tünd qara çay, qazlı və turşulu içkilərin qəbulu azaldılmalıdır.

Qıcolmalar bir qrup əzələlərin insanın iradəsindən asılı olmadan şiddətli və ağrılı yığılmasıdır. Bu problemlə üzləşməyən çox az adam ola bilər. Hər kəs ömründə bir dəfə də olsa əzələ qıcolması ilə qarşılaşır və bu, bir neçə saniyədən 15 dəqiqəyə qədər davam edir".

Qıcolmanın səbəbləri barədə isə həkim bunları deyib: "Uzun müddət oturmaq, həddən artıq gəzmək, idmanla çox məşğul olduğuna görə əzələ yorğunluğu olsa da, bəzi xəstəliklərin əlaməti də ola bilər. Parkinson, yastı pəncəlilik, şəkərli diabet, hipotireoz (qalxanvarı vəzinin funksiyasının azalması), su və elektrolit itkisi ilə gedən bəzi xəstəliklər, kalsium, maqnezium, D və B12 vitaminlərinin çatışmazlığı, əzələnin qan dövranı pozuntusu, alkoqolizm, bəzi dərmanların qəbulu (bəzi təzyiqsalıcı, sidikqovucu və antidepressant dərmanlar) əzələ qıcolmalarına səbəb ola bilər. Hamiləlik zamanı ayaqlarda əzələ qıcolmaları daha çox rast gəlinir. Bunun səbəbi uşaqlıq daxilində böyüyən dölün bəzi sinirlərə və damarlara təzyiq göstərməklə, ayaqlarda qan dövranının qismən pozuntusu ola bilər. İdman hərəkətləri edəndən sonra əzələ qıcolmaları varsa, əvvəldən isinmə hərəkətləri edilməlidir. Gecə yatanda əzələ qıcolmaları olduqda, yatmazdan əvvəl ayaq əzələləri üçün xüsusi idman hərəkətlərinə ehtiyac var. Soyuq ayaqlarda əzələ qıcolmalarına təkan verir. Bu səbəbdən ayağı isti saxlamaq və ya xüsusi isidici yastıqlardan istifadə etmək lazımdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi