Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76754
az

Müəllimləri tətildə məktəbə niyə çağırırlar? - Ekspert "qanunsuzdur" deyir

22:1617 Noyabr, 2022
92
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.

Tətil günləri olmasına baxmayaraq, bəzi məktəblərdə direktorlar müəllimləri məktəblərə çağırırlar. bildirirlər ki, saat 9:00-dan 13:00-a qədər məktəbdə olmaq vacibdir. Tətil günlərində müəllimlərin məktəbə çağırılması nə qədər qanunidir?

Milli.Az publika.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, tətil günlərində müəllimləri məktəbə çağırmaq yolverilməzdir:

"Müəllimlik vəzifə deyil, peşə hesab olunur. Təəssüf ki, qanunvericilikdə bu yöndə boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Müəllimin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir.

Heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır. Direktor, direktor müavini, təsərrüfat hissə müdiri - bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Birmənalı olaraq, birbaşa tədrisə bağlı olan fəaliyyət - jurnal yazmaq, şagirdlərin texniki işlərini icra etmək və s. hallar istisna olmaqla, digərlər proseslərə görə müəllimi məktəbə cəlb etmək qanunsuzdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi