Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7667
az

"Cabbara görə Könüllə saçyolduya çıxmışdın" - Elzadan Nazpəriyə şok sözlər

14:2005 Dekabr, 2018
974
ŞOU-BİZNES
  • A
  Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasında qalmaqal səngimək bilmir.

oxu24.com -un  shownew.az-a istinadən xəbərinə görə, Seyidcahan Nazpərini ən pis tələbəsi adlandırıb:

“Bəzilərinə görə Elzalığımdan çıxıb onların saxtakarlıqlarını demək məcburiyyətindəyəm. Hətta sənəti olmayan şəxsiyyətsiz sənəti olan şəxsiyyətə iftira atır? Bax bunu olduğu kimi acıqlayacam. Sūbutlarım arxivimdədir. Konservatoriyanın bəstəkarlıq fakültəsinin ikinci kursunda oxuyanda, ustad sənətkar Alim Qasımovla unudulmaz xalq şairimiz Nūsrət Kəsəmənlinin "İnsafsız gözəl" sözlərinə bəstələdiyim mahnımızın məşqlərinə başlamışdım. O ərəfədə Nūsrət Kəsəmənlinin sözlərinə bəstələdiyim "Qadasın aldığım" mahnımı da, fikirləşdim ki, palatka toylarından təzə səhnəyə gələn, Nazpəri Dostəliyeva oxusun. Onu unudulmaz bəstəkarımız Ramiz Mirişlinin "Yarımı-sevdamı gördūm, Allah" adlı mahnısından tanımışdım.

Nūsrət Kəsəmənliyə dedim ki, istəyirəm bu mahnını Nazpəri Dostəliyeva oxusun. Nūsrət mūəllim dedi ki, o kimdir? Tanımıram. Zeynəb Dostəliyeva eşitmişəm, çox yaxşı oxuyur, amma Nazpəri birinci dəfədir səndən eşidirəm. Dedim ki, yox, bu da pis oxumur. Onları tanış elədim, qovuşdular bir-birinə. Mahnı yeni tərzdə bəstələnmiş olsa da, hamı ona şedevr əsər kimi yanaşdı. İlk dəfə mahnı və xalq rəqsi janrını sintez etmişdim. Konservatoriyada musiqiçilər arasında gözəl mūzakirə olunmuşdu.

Saatlarla iki körpə balamı qoyub bunun evində məşqlər, studiyada işlər, çəkilişlərdə, mağazalarda, alış-verişlərdə qızıl kimi vaxtlarımı itirirdim. Mənə 1 manat belə vermirdi ki, bəlkə 92 nömrəli avtobusa minəndə pulun olmaz? Mən hec özūmə sığışdırıb pul da istəməmişəm. İndi də deyir ki, guya mən "Mən-mən" deyirəm. "Mən -mən" deyib "Sən-sən" deməyəcəyəm ki?".
 
Elza  Nazpərinin "Əməkdar artist olanda qapıma qorxa-qorxa gəldi ki, mahnımı oxu" sözlərini yalan adlandırıb:

"Ay saxtakar! Mən onda artıq dahi bəstəkarımız Arif Məlikovun bəstəkarlıq sinifində 3-cū kursda oxuyurdum. Dövlət Televiziya kanalımızda üçhissəli, böyūk formada bəstələdiyim, fortepiano sonatamı ifa edirdim, tələbələrimlə gənc vaxtımda cıxış edirdim. Qondarma doktorantura mūdafiəcisi, professor mūəllim "naz-naz" mahnısının mahir qəhramanı xatırlasın ki, yalan ayaq tutar yeriməz.

İndi mənim vaxtımın olmayan halında sənə "Ələddinin sehirli cırağı nağılını sakit-sakit şeir qoşub, mahnı bəstələyim deyirsən? Axı mən özūmə sənin kimi heç vaxt yaraşdırmamışam, paxıllıq, xudbəsəntlik, nahaq haqqa girmək, şər-böhtan atmaq, yalançılıq. Bir sözlə murdar artistlik.

O vaxt Nazpəriyə zəng edəndə, o artıq məni tanıyırdı. Getdim qapılarını döydüm. Bir kök qadın, əynində qırmızı paltar, boğazı sarıqlı, qapını açdı. Soruşdum ki, Nazpəri xanımı olar? Dedi ki, mənəm də. "Makiyajsız adam o adam deyil". Gəldim, oturdum mahnını ifa edib göstərən kimi az qala ürəyi getmişdi. Bəyəndi və qısa zamanda da oxudu.

İnsan sənətə gəlmir, doğulur. Toylar əldən gedir deyə, yenə Cabbar Musayev "xoroşo" deyib, hūcum cəkdin Könūl Kərimovanın ūstūnə ki, ver Cabbarı, qaytar mənə o illəri. Hayqırtısının şahidi oldum. Az qala Nazpəri saçyolduya keçirdi. Könūl bacıma da, Ağcəbədili deyiblər. Ay verdi sənə "Caboşunu". Əcəb də, elədi.

Bəstəkar mahnı verəndə niyə qorxa-qorxa gəlməlidir ki? Başqasının ərinin pulu ilə özūnə qir-qızılmı allır ki, qorxsun?
Saxta alimlik dərəcəsi almasından qorxur? Nədən, niyə qorxmalı idi ki Elza Seyidcahan? Mən ona mahnı təqdim edəndə adı ancaq "palatka" toylarında hallanırdı. Tərif oxuyub şabaşlarla, xonçalarda parça və konfet qazanan vaxtın idi.

Heç vaxt Nazpəri ola bilməz Elza. Mən hec olmasa, nə də verə bilməsəm, bir mahnını pulsuz bəstələyib hədiyyə edəcəyəm... Sən isə nə savad, nə də bir kiloqram şor verən adam deyilsən".

Müğənni Nazpərinin "bazar adamı" sözlərinə də tənqidlə cavab verib:

"Təhqirə qalsa, sənin iri-iri, görməmiş kimi, sallaya-sallaya gəzdirdiyin bahalı daş-qaşları elə sənə bazar adamları allb. Dediyin kimi Moskvadakı bazarın pullarıdır hamısı. Çirkli, yalan danışanın payını elə verirəm ki, onu şoka salıb, qara qarğa kimi qaqqıldadıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu