Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76662
az

Sumqayıtda qızla məhlədə görüşdüyünə görə oğlanı döyən şəxs davada öldürüldü - Təfərrüat

21:2316 Noyabr, 2022
158
KRİMİNAL
  • A

Ötən ilin 6 iyun tarixində Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlunun öldürülməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1988-ci il təvəllüdlü İlkin Muxtarov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Sumqayıtda bərbər kimi fəaliyyət göstərən İlkin hadisədən bir neçə gün əvvəl Sumqayıt şəhərində bir qızla tanış olub. O, iyunun 21-də həmin xanımla Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən məktəbin yaxınlığında görüşüb. Bu zaman həmin məhəllədə Pərviz, Fuad və Vahid adlı gənclər ona yaxınlaşıb və başındakı eynəyi, üstündəki pulu və mobil telefonunu əlindən alaraq döyüblər. Bundan sonra İlkin dostlarını həmin yerə çağırıb və onu döyən şəxsləri axtarıb. Bir qədər keçdikdən sonra onlar Fuad və Vahidi görərək hücum ediblər və onlara zərbələr endiriblər. Zərbənin təsirindən Vahid yerə yıxılıb və başı daşa dəyərək ölüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi İlkin Muxtarovun qəsdən adam öldürmə cinayətində deyil, Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan ölümə səbəb olduqda maddəsi ilə mühakimə edilməsinə qərar verib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb