Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76592
az

Xarici pasport almaq neçəyədir sualına CAVAB

08:3516 Noyabr, 2022
2039
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim edtiyimiz mövzu ümumvətəndaş pasportunun,yəni xarici pasportun alınması üçün tələb olunan Dövlət rüsumu ilə bağlıdır.

Oxucunun ünvanlandırdığı suala cavab olaraq bildirirk ki,xarici pasportun alınması üçün tələb olunan Dövlət rüsumu günlərin sayından asılı olaraq dəyişir.

Dövlət rüsumunun məbləği
 

on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 15 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 25 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 55 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 75 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 120 manat.

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün - 55 manat;

- bir yaşından üç yaşınadək uşaqlar üçün - 115 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 155 manat;

- on səkkiz yaşına çatmış vətəndaşlara - 210 manat.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

on iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.

beş iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 40 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 70 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 100 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 135 manat.

bir iş günü müddətində verildikdə

- bir yaşınadək uşaqlar üçün - 65 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 125 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 165 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 220 manat.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza törədən  sürücülər alkoqol testindən keçməlidirmi? - RƏSMİ CAVAB
İxtiraçılıq və patent hüquqlarını pozanları bu cəza gözləyir  -  HÜQUQİ YARDIM 
Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı