Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7658
az

Kapital Bankdan İnanılmaz fürsət: 10 manat ödə, 3000 manat qazan

10:4305 Dekabr, 2018
761
İQTİSADİYYAT
  • A
Kapital Bank-ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.

Oxu24.com xəbər verir ki, şərtlərə görə, müştərilər 13 yanvar 2019-cu ilədək POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurlar. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmir.

16 yanvar 2019-cu ildə baş tutacaq tiraj zamanı Kapital Bank-dan məvacib alan 10 nəfər, minimum 135 manat, maksimum 3000 manat olmaqla, bir aylıq rəsmi məvacibini qazanacaq. Hədiyyə müştərinin əmək haqqı kartına köçürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov
"Brent" markalı neft ucuzlaşdı