Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76509
az

Səfər Mehdiyevə bağlı olan şirkətdə yoxlamalar başladı - Polkovnikin biznesi təhlükədə

12:1415 Noyabr, 2022
3450
ŞİKAYƏTLƏR
  • A

Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free" şirkəti ilə bağlı da araşdırmalara başlanılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 10 manat olmasına baxmayaraq, dövriyəsi milyonlarla manat olan "Duty Free.Az" MMC-nin qanuni təmsilçi Aslanov Cavid Aqil oğludur. "Duty Free" biznesi təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir.

Baş verən maxinasiyalarla bağlı artıq araşdırmalar gedir. Bu işi öz şəxsi biznesinə çevirən gömrük oliqarxları da dindirilir. İşin başında duran əsas adamlardan biri isə gömrük xidməti polkovniki Teymurov Arazxan Əbülfət oğlunun olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib. 
 


Apardığımız araşdırmaya əsasən, artıq "Duty Free.Az" MMC-nin şirkəti məcburi auditdən yayınmaya görə cərimə olunmaq üçün məhkəmə iddiası qaldırılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək, Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.

İXM-nin 464-cü maddəsində "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 
Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı