Bakıda avtomobil naməlum piyadanı vuraraq öldürüb.
"Report"un xəbərinə görə, hadisə noyabrın 14-ü saat 16:24-də paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti 155-in qarşısında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Müseyibov Sənan Tehran oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə 35-40 yaşlarında naməlum kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxu24.com
ŞƏRHLƏR