Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76448
az

Şəkidə toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub

20:0014 Noyabr, 2022
76
KRİMİNAL
  • A

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayon sakini Fuad Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozub, eləcə də nəqliyyat vasitəsinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.

Sonradan isə etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə F.Cəfərzadə sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı
Oğuzda əl qumbaraları və sursat aşkarlandı
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı