Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76405
az

Dövlət Komitəsi İranın casus şəbəkəsinin ifşasına münasibət bildirdi

14:2714 Noyabr, 2022
164
CƏMİYYƏT
  • A

İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik.

OXU24.COM  bildirir ki, bunu noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Azərbaycan: birgəyaşayış nümunəsi" mövzusunda konfrans zamanı jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, buna qarşı da aidiyyatı dövlət orqanları, o cümlədən təhlükəsizlik orqanları tərəfindən həmişə xüsusi tədbirlər keçirilib və bu proses daima diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. "Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orda təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır", - deyə o əlavə edib.

Son zamanlarda İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsi ilə bağlı sualı cavablandıran S.Heydərov qeyd edib ki, bu, həmişə olub.

O vurğulayıb ki, bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq.

"Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"WhatsApp"da yeni funksiya işə salındı
Şəhid general Polad Həşimovun oğlundan QÜRURVERİCİ NƏTİCƏ -FOTO
Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı