Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76303
az

Aİ-dən Ermənistana çağırış

16:0611 Noyabr, 2022
116
CƏMİYYƏT
  • A

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üzrə səyləri davam etdirməyə çağırır.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin ikinci Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümü münasibətilə bu gün verdiyi bəyanatda deyilir.

"Aİ Azərbaycan və Ermənistan rəhbərliyinin ziddiyyətlərin aradan qaldırılması və regionda dayanıqlı sülhə nail olunması üçün atdığı çoxsaylı addımları alqışlayır. Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda daimi iştirakını yüksək qiymətləndirir. Bu danışıqlar çətin olsa da, irəliyə addımlar barədə razılığa gəlmək, region əhalisinin rifahı naminə təhlükəsiz, etibarlı mühiti təmin etmək çox vacibdir", - bəyanatda deyilir.

Qeyd olunur ki, Aİ bir daha tərəfləri istənilən gərginlikdən qaçmağa, o cümlədən bir-birinə təhdid və ya ittihamlardan çəkinməyə çağırıb.

"Aİ bundan sonra da tərəflərin arzularına çevik reaksiya verəcək və bütün qalan məsələlərin hərtərəfli və ədalətli tənzimlənməsi üzrə işində, o cümlədən Aİ Şurasının sədri Şarl Mişel, Aİ-nin ali nümayəndəsi Jozep Borrel və xüsusi nümayəndə Toivo Klaarın səyləri sayəsində dəstəkləməyə davam edəcək", - açıqlamada vurğulanır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu
"WhatsApp"da yeni funksiya işə salındı
Şəhid general Polad Həşimovun oğlundan QÜRURVERİCİ NƏTİCƏ -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı